“Bakmil” istismara verilir
27 fevral 2019 14:24 (UTC +04:00)

“Bakmil” istismara verilir

Bu günlərdə metronun “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək. Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

 

Verilən məlumata görə, metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.

 

Eyni zamanda, 2019-cu ildə “Xətai” stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru Almaniya istehsalı 4 yeni eskalatorla əvəzlənəcək, stansiyanın bütün infrastrukturu tamamilə yenilənəcək.

 

# 412
avatar

Səlcuq Elçin

Oxşar yazılar