<b>Ucuz təşkil edilən ümrə ziyarətləri... <span style="color:red;">SƏBƏB  - <span style="color:red;">QMİ-dən açıqlama </b>
27 fevral 2019 14:18 (UTC +04:00)

Ucuz təşkil edilən ümrə ziyarətləri... SƏBƏB - QMİ-dən açıqlama

Builki mövsümdə Ümrə (kiçik Həcc) ziyarətləri başlayandan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə Səudiyyə Ərəbistanına ziyarətə xeyli sayda zəvvar gedib.  Bu barədə Lent.az-a QMİ-dən bildirilib.

 

Məlumata görə, hazırda  2 qrupdan ibarət zəvvar  ziyarətdədir.  Növbəti qrup bu günlərdə yola düşəcək.

Xəbərdə qeyd olunub ki, zəvvarlar QMİ tərəfindən peşəkar qrup rəhbərləri ilə təmin olunur: “Bu il Ümrə ziyarətinin qiyməti  1100 dolardan başlayır. Ən bahalı paketlərin qiyməti isə 1500 dollardır. Qiymət fərqi xidmətin səviyyəsi ilə bağlıdır. Yüksək paketlərlə ziyarətə gedənlər beşulduzlu otellərdə qalır və gündə iki dəfə yeməklə təmin olunur. Ən aşağı paketlərdə isə yalnız səhər yeməyi verilir və onlar nisbətən uzaq məsafədə olan otellərdə yerləşdirilir”.

 

Qeyd edək ki, hazırda QMİ ilə yanaşı, bir sıra turizm şirkətləri tərəfindən də Ümrə ziyarətləri təşkil olunur. Həmin şirkətlərin bəzilərində Ümrə ziyarəti  paketləri nisbətən aşağı təklif olunur. QMİ bununla bağlı sorğumuza cavab olaraq bildirib ki, bu fərqin yaranması xidmətlərin səviyyəsi ilə əlaqədardır. Belə ki, ucuz paketlərdə təklif olunan otellər daha aşağı səviyyədə olması və  uzaqda yerləşməsi ilə səciyyələnir.

 

Qeyd olunur ki, idarə daha ucuz paketlər təşkil edə bilər, lakin həmin paketlərdə xidmətlərin çox zəif olmasına, həm də müraciət edən vətəndaşların bu paketlərlə getmək istəmədiklərinə görə aşağı qiymət təklif olunmur: “İdarə zəvvar qruplarını daha peşəkar, xarici ölkələrdə dini təhsil almış, İslam qanunları və şəriət qaydalarını  daha yaxşı bilən qrup rəhbərləri ilə təmin edir. QMİ xətti ilə ziyarətə gedənlərin hərtərəfli təhlükəsizlikləri və dini ayinlərin mükəmməl şəkildə həyata keçirilməsi İdarə tərəfindən tam təmin olunur”.

 

Qeyd edək ki, özəl turizm şirkətlərinə Ümrə ziyarətinin təşkilini həyata keçirmək üçün səlahiyyət ötən ildən verilib.

 

 Həcc ziyarətinin təşkili  isə sadəcə QMİ-nin səlahiyyətindədir.

# 980
avatar

Aygün İbrahimli

Oxşar yazılar