“Viki”çilər Xocalı faciəsiylə bağlı 6 dildə məqalələr yaydılar
27 fevral 2019 10:38 (UTC +04:00)

“Viki”çilər Xocalı faciəsiylə bağlı 6 dildə məqalələr yaydılar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Xocalı faciəsi ilə bağlı “Vikipediya”da müxtəlif dillərdə məqalələr yaradılıb.

MEK-dən Lent.az-a  bildirilib ki, “Vikipediya”da Xocalı soyqırımı ilə bağlı ispan və Ukrayna dillərində 8, yunan, italyan və ərəbcə 12, fars dilində isə 3 məqalə yaradılıb. Ərəb və fars dillərində məqalələr Azərbaycan Dövlət Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

“Xocalı abidəsi”, “Ana harayı abidəsi”, “Haaqa şəhərində Xocalı abidəsi”, “Xocalı soyqırımının tanınması” və digər məqalələrdə Xocalı faciəsi barədə ətraflı məlumat verilir, onun acı nəticələrindən söz açılır. Milli qəhrəmanlar Əlif Hacıyev və Tofiq Hüseynov haqqında məlumatlarda isə onların həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir, Xocalının müdafiəsi zamanı göstərdikləri şücaətlərdən söz açılır.

 

# 320
avatar

Oxşar yazılar