[b]Ana və qızı ailənin 5 üzvünü qətlə yetirdi - ABŞ-da[/b]
27 fevral 2019 08:50 (UTC +04:00)

[b]Ana və qızı ailənin 5 üzvünü qətlə yetirdi - ABŞ-da[/b]

ABŞ-ın Pensilvaniya ştatında ana və qızı ailənin digər 5 üzvünü qətlə yetirib.
 
ONA-nin CNN telekanalına istinadən xəbərinə görə, ana polisə açıqlamasında onların ölmək istədiyini bildirib. 
 
ABŞ-ın Pensilvaniya ştatında yaşayan 45 yaşlı Şana S. Dekret və onun qızı 19 yaşlı Dominik K. Dekret ailələrinin 5 üzvünü öldürməkdə günahlandırılır. Polisə ayrı-ayrı verdikləri ifadədə hər iki qadın bildirib ki, ailə üzvlərini boğaraq qətlə yetiriblər.
 
Şana Dekret uşaqlar da daxil olmaqla qətlə yetirilənlərin hər birinin özlərini öldürmək istədiklərini qeyd edib. Ana və qızı Şana Dekretin övladları 25 yaşlı Naira Smit, 13 yaşlı Deymon Dekret eləcə də Şananın bacısı 42 yaşlı Camil Kempel və onun 9 yaşlı əkiz qızları İmani və Eriki öldürməkdə təqsirləndirilirlər.
 
Qətlə yetirilənlərin cəsədi ötən gün Şana Dekterin yaşadığı evin yataq otağında Sosial xidmət əməkdaşlarının evi ziyarəti zamanı aşkarlanıb. Hadisəni törətməkdə təqsirləndirilən ana və qızı əvvəlcə hadisənin tanımadıqları adam tərəfindən törədildiyini bildirsələr də sonradan təqsirlərini etiraf ediblər.
# 453
avatar

Oxşar yazılar