[b]Aylıq müavinəti artırılan məcburi köçkünlərin sayı açıqlandı[/b]
26 fevral 2019 20:03 (UTC +04:00)

[b]Aylıq müavinəti artırılan məcburi köçkünlərin sayı açıqlandı[/b]

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb.

ONA-nın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb.

Bildirilib ki, 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub: “Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək. Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.

 

# 328
avatar

Oxşar yazılar