[b]"Poroşenkonun prezident vəzifəsində qalmağa haqqı yoxdur" - Timoşenko[/b]
26 fevral 2019 18:22 (UTC +04:00)

[b]"Poroşenkonun prezident vəzifəsində qalmağa haqqı yoxdur" - Timoşenko[/b]

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Petro Poroşenkoya qarşı impiçment tələbi ilə çıxış edib.

ONA-nın Korrespondent.net-ə istinadən xəbərinə görə, Timoşenko bu tələbini Ali Radanın tribunasından səsləndirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikaları üçün Rusiyadan qaçaqmal detalların gətirilməsinin jurnalistlər tərəfindən üzə çıxarılmasından sonra Poroşenkonun prezident vəzifəsində qalmağa haqqı yoxdur: “Bu işin başında prezidentin yaxın ətrafı durur. Bu hərəkətin adı Ukrayna vətəndaşı tərəfindən bilərəkdən törədilən dövlətə xəyanətdir. Bu, həmçinin düşmənlə əlbir olaraq, Ukrayna ordusunu məhv etməkdir”.

Timoşenko digər fraksiyalarla birlikdə prezidentin impiçmenti proseduruna başladıqlarını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən, prezident dövlətə xəyanət etdikdə və ya digər cinayətə yol verdikdə, parlament onu impiçment qaydasında vəzifəsindən kənarlaşdıra bilər.

 

# 516
avatar

Oxşar yazılar