<b>“Lester”in yeni baş məşqçisi o olacaq</b>
26 fevral 2019 18:19 (UTC +04:00)

“Lester”in yeni baş məşqçisi o olacaq

“Lester” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Seltik” komandasının baş məşqçisi Brendan Rocers İngiltərə təmsilçisi “Lester”ə rəhbərlik edəcək.

46 yaşlı mütəxəssisin təyinatı bu gün Premyer Liqanın XXVIII turu çərçivəsində “Brayton”la ev oyununa qədər açıqlanacaq.

Rocers bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Klod Püeli əvəzləyəcək.

 

 

# 507
avatar

Səlcuq Elçin

Oxşar yazılar