<b>"Bu sərəncam sosial islahatların bir elementidir" - <span style="color:red;">Tanınmış iqtisadçı </b>
26 fevral 2019 17:41 (UTC +04:00)

"Bu sərəncam sosial islahatların bir elementidir" - Tanınmış iqtisadçı

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün verdiyi sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği  aprelin 1-dən 50 faiz artırılacaq.

İqtisadçı-ekspert Vüqar Bayramlı Lent.az-a bildirib ki, bu sərəncam praktik olaraq kifayət qədər həssas qrup hesab olunan məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına bir dəstək kimi xarakterizə olunur. 

Ekspert  xatırladıb ki, 2017-ci ilin yanvarın 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir: “Bu vəsait məcburi köçkün ailələrinin kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir. 2017-ci ilin əvvəllində bu rəqəm 36, ötən il 40 manat olub.  Son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırıldı. Bu nəticə etibarilə o deməkdir ki, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Əgər ailədə 4 nəfər üzv varsa, həmin ailə  240 manat dövlət büdcəsindən vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər 4 nəfərlik ailə üçün bu rəqəm 160 manat idisə, aprelin 1-dən 240 manat olacaq”.  

V.Bayramlı vurğulayıb ki,  4 nəfərlik ailədə son artımdan sonra aylıq müavinətin məbləği 80 manat artırılaraq 160 manatdan 240 manata çatdırılıb.

Ekspertin sözlərinə görə, aylıq məbləğin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından  çox vacibdir və bu addım məcburi köçkün ailələrinə bir dəstək kimi qiymətləndirilməlidir: “Sərəncam xüsusilə, ailə üzvləri nisbətən çox olan ailələrin dövlət büdcəsindən daha çox vəsait əldə etməsinə imkan verəcək. Artım  dövlətin əvəzsiz dəstəyirdir və bu addım Azərbaycanda həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir”.

 

 

 

# 685
avatar

Aygün İbrahimli

Oxşar yazılar