Milli komandamızın futbolçusu Latviya klubuna keçdi
26 fevral 2019 16:48 (UTC +04:00)

Milli komandamızın futbolçusu Latviya klubuna keçdi

Bakının “Neftçi” klubunun futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. ONA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı müdafiəçi Latviyanın "Dauqavpils” klubuna keçib.
 
E.Sərkərov yeni komandası ilə müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, futbolçu başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Həmçinin, Azərbaycanın U-21 milli komandasının üzvü vətənə qayıdacağı halda, ilk seçimini "Neftçi” üzərində edəcək.
Qeyd edək ki, E.Sərkərov bu mövsüm “Neftçi”nin heyətində 6 oyunda meydana çıxıb.
# 518
avatar

Oxşar yazılar