[b]Seyxülislam Rusiyaya gedir[/b]
26 fevral 2019 16:33 (UTC +04:00)

[b]Seyxülislam Rusiyaya gedir[/b]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə gedəcək. Bu barədə Lent.az-a QMİ-dən bildirilib.


Verilən məlumata görə, Allahşükür Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın budəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.

Şuranın iclasında cari məsələlərin, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur.

 

QXADŞ-nın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri A.Paşazadə çıxış edəcək.

Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

# 497
avatar

Oxşar yazılar