İspan mediası Xocalı soyqırımından yazdı
26 fevral 2019 15:44 (UTC +04:00)

İspan mediası Xocalı soyqırımından yazdı

Azərbaycanlı diaspor fəalının Xocalı soyqırımının ildönümü ilə bağlı İspaniya cəmiyyətinə müraciəti bu ölkənin mətbuatında dərc edilib.

Lent.az-ın məlumatına görə, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti, diaspor fəalı Fərid Mustafayev yaşadığı ölkənin mətbuatı vasitəsi ilə ispan cəmiyyətinə müraciət edib. "26 fevral 1992-ci ildə əsl soyqırım baş verib" başlığı ilə dərc olunan müraciətdə İspaniya cəmiyyətinə Xocalı faciəsi haqqında geniş məlumat verilir.

Müraciətdə deyilir: "Mən bütün İspaniya cəmiyyətinə bildirmək istəyirəm ki, artıq 27 ildir Azərbaycan, Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə çalışır. Sizi də səfərlər etməyə, tanımağa çağırdığımız Azərbaycan, bu işğal probleminin sülh yolu ilə həllinə çalışır."

Daha sonra müraciətdə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı haqqında geniş məlumat verilir. Bildirilir ki, bu qanlı cinayət aktı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq olub. 1275 nəfər dinc sakin əsir götürülüb. 150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur.

 

# 337
avatar

Oxşar yazılar