Bakı məktəblərində Xocalı ilə bağlı silsilə tədbirlər keçirilib
26 fevral 2019 15:38 (UTC +04:00)

Bakı məktəblərində Xocalı ilə bağlı silsilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu barədə Lent.az-a idarənin İctimaiyyətlə Əlaqələr sektorundan bildirilib.

 

Verilən məlumata görə, tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini  yüksəltmək və Xocalı soyrıqımı zamanı Azərabaycan xalqına qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdır.

Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Unudulmayan faciə, sağalmaz yara”, "Xocalısız 27 il", “Xocalı-əsrin faciəsi”, “Bir yurd vardır-Xocalı”, “Xocalı uşaqların gözü ilə”, "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərslər, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri və idman yarışları təşkil edilib.

Tədbirlərdə Xocalı faciəsinin tarixindən bəhs olunub.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.

Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırım şahidləri ilə görüşləri keçirilib.

 

 

# 422
avatar

Oxşar yazılar