<b>İynədən ölən 8 yaşlı uşaqla bağlı<span style="color:red;"> RƏSMİ AÇIQLAMA </b>
26 fevral 2019 15:05 (UTC +04:00)

İynədən ölən 8 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Şabran rayonunda  antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşan və  yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 8 yaşlı uşağın ölümündə həkimin günahı olub-olmadığı araşdırmalardan sonra məlum olacaq. Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirb.

 

Onun sözlərinə görə, hadisə ilə bağlı Şabran rayon Prokurorluğu və nazirliyin Ölüm Hallarını Araşdıran Komissiyası tərəfindən araşdırma aparılacaq: “Həkimin günahının olub-olmadığı, uşağın hansı səbəbdən öldüyü  araşdırmalardan sonra məlum olacaq və ona müvafiq tədbir görüləcək”.

 

Qeyd edək ki, “Report"un verdiyi xəbərə görə, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova xəstələndiyi üçün həkimə aparılıb və həkim tərəfindən vurulan antibiotikdən sonra vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq komaya düşmüş uşaq dünyasını dəyişib. 

 

# 525
avatar

Aygün İbrahimli

Oxşar yazılar