[b]Meşələr çəpərlənəcək - SƏBƏB[/b]
26 fevral 2019 13:40 (UTC +04:00)

[b]Meşələr çəpərlənəcək - SƏBƏB[/b]

"Meşə sahələrinin bəzi hissəsinin yanğından mühafizə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınması məqsədilə çəpərlənməsi nəzərdə tutulur". Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov bildirib.

S.Sadıqov deyib ki, bununla bağlı meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda meşələrin yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır:

Sektor müdirinin dediyinə görə, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır. “Ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna sübutdur. Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi” deyən Sadıqov bildirb ki, buna görə meşələrin giriş-çıxışı çox olan sahələrdə çəpərlənmə işləri aparılır.

Meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq. “Söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir".

S.Salmanovun bildirdiyinə görə, ümumiyyətlə, bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. “Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub”.

 

# 688
avatar

Oxşar yazılar