<b>Buraxılış imtahanları ilə bağlı<span style="color:red;"> YENİ XƏBƏR </b>
26 fevral 2019 13:04 (UTC +04:00)

Buraxılış imtahanları ilə bağlı YENİ XƏBƏR

Martın 3-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-dəki ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Xəbərdə qeyd olunub ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

 

 

# 405
avatar

Aygün İbrahimli

Oxşar yazılar