<b>Metrodakı gecikmənin <span style="color:red;">SƏBƏBİ  açıqlandı</b>
26 fevral 2019 09:00 (UTC +04:00)

Metrodakı gecikmənin SƏBƏBİ açıqlandı

Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:

 

“Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib”.

 

# 347
avatar

Oxşar yazılar