[b]“Bu sosial paketin bir illik maliyyə yükü 400 milyon manatdır” - Nazir[/b]
25 fevral 2019 18:05 (UTC +04:00)

[b]“Bu sosial paketin bir illik maliyyə yükü 400 milyon manatdır” - Nazir[/b]

“Bu sosial paketin 1 illik maliyyə yükü 400 milyon manatdır”.
 
ONA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, artımlar bu ilin 9 ayını əhatə etdiyi üçün 300 milyon manat olacaq. İndiyə qədər artırılmamış sosial müavinətlərin maliyyə yükü 392 milyon manat olub: “Yəni maliyyə baxımından sosial müavinət və təqaüdlər 2 dəfə artırılıb. Artıq 400 milyonluq paket 800 milyonluq paketə çevrildi”.
# 276
avatar

Oxşar yazılar