Bakıda bu yol bağlanacaq
25 fevral 2019 17:01 (UTC +04:00)

Bakıda bu yol bağlanacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri  Yusif Səfərov küçəsinində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin  rənglənməsinə başlanılacaq.

 

Bu barədə  Lent.az-a Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Məlumata görə, bununla əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq .

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

# 356
avatar

Aygün İbrahimli

Oxşar yazılar