[b]Qeysəriyyə əməliyyatına qazanc kimi baxırlar - Ombudsmandan açıqlama[/b]
25 fevral 2019 16:58 (UTC +04:00)

[b]Qeysəriyyə əməliyyatına qazanc kimi baxırlar - Ombudsmandan açıqlama[/b]

2018-ci ildə sağlamlığın qorunması hüququ ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) 454 müraciət daxil olub.

ONA-nın xəbərinə görə, Ombudsmanın illik məruzəsində deyilir ki, ana və körpələrin sağlamlığının qorunması sahəsində ciddi məsələlərdən biri əksər tibb ocaqlarında, xüsusilə tibb müəssisələrində qeysəriyyə əməliyyatına üstünlük verilməsidir.

“Ölkəmizdə, hətta regionlarda yayılmış və artmaqda olan bu cərrahi müdaxilə buna həyati tibbi göstəriş olduğu hallar istisna olmaqla, bir çox hallarda asan seçim yolu və daha çox qazanc üsulu kimi istifadə edilir. Bu da istər bilavasitə, istərsə də ana və uşaqların sağlamlığının təhlükələrlə üzləşməsinə səbəb olur”, - məruzədə bildirilib.

# 509
avatar

Oxşar yazılar