<b>Yanğında zəhərlənən 3 aylıq körpədən XƏBƏR VAR</b>
25 fevral 2019 15:57 (UTC +04:00)

Yanğında zəhərlənən 3 aylıq körpədən XƏBƏR VAR

Bakıda yanan binada tüstüdən boğulmaq təhlükəsi yaşayan  3 aylıq körpənin vəziyyəti yaxşıdır.

Lent.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov deyib.

O bildirib ki, xəstəxanaya gətirilən  Ata Nihat  Atəş oğlu müayinə olunub, valideynlərinə verilən məsləhətlərdən sonra evə göndərilib.   

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

 
# 277
avatar

Aygün İbrahimli

Oxşar yazılar