[b]Könül Xasıyeva efirdə ağladı: "Anamın yaddaşı yerində deyil"[/b]
25 fevral 2019 15:36 (UTC +04:00)

[b]Könül Xasıyeva efirdə ağladı: "Anamın yaddaşı yerində deyil"[/b]

Xalq artisti Könül Xasıyeva bu yaxınlarda dünyasını dəyişən atası barədə danışıb. Lent.az-ın məlumatına görə, xanəndə “Hər şey daxil” verilişində atasından danışan zaman göz yaşlarına hakim ola bilməyib:

“Altı aydır Şəkidəyəm. Atamın nasaz vaxtları idi. Dedi, elə istərdim ki, evimizi təmir etdirəm. Birinci atamın otağını təmir etdirdim. Tam hazır vəziyyətini görə bilmədi. Son nəfəsində yanında oldum. Saat birin yarısı idi, əli ilə mənə saatın iki olduğunu göstərdi. Elə həmin saatda da dünyasını dəyişdi. Oradan da mənə məlum oldu ki, ölümqabağı insana nələrsə deyilirmiş. Bir gün gələn, bir gün gedər. Amma insan qəbul edə bilmir. 51 yaşım var, amma yenə də elə bilirəm ki, atam geri qayıdacaq. Anamın yaddaşı yerində deyil. Hərdən soruşur ki, atanız haradadır? Deyirik ki, qonşudadır, gələcək. Sonra yaddaşı yerinə qayıdanda bilir ki, atam rəhmətə gedib”.

# 664
avatar

Yalçın UĞUR

Oxşar yazılar