[b]Həccə gedənlərdən hansı sənədlər tələb olunur? - QMİ açıqladı[/b]
25 fevral 2019 14:36 (UTC +04:00)

[b]Həccə gedənlərdən hansı sənədlər tələb olunur? - QMİ açıqladı[/b]

Həcc ziyarətinə gedənlər sənədlərini bu il Ramazan ayının sonuna, yəni iyunun 5-nə kimi Qafqaz Müsəlmanları İdarəsinə  QMİ) təqdim etməlidirlər. Bu barədə Lent.az-a rəsmi məlumat QMİ-dən verilib.

QMİ tələb olunan sənədlərin siyahısını da açıqlayıb. Belə ki, ziyarətə gedənlər xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, tibbi arayış, 4 ədəd fotoşəkil təqdim etməlidirlər. Qadınlar təqdim etdikləri fotolarda mütləq tünd rəngli hicabda olmalıdırlar. 

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 dollar həcmində müəyyənləşdirilib.

Həcc ziyarəti üçün kvota isə yoxdur.

 

# 291
avatar

Aygün İbrahimli

Oxşar yazılar