<b>“Barselona”nın sabiq prezidentinə qarşı 20 milyonluq<span style="color:red;"> İTTİHAM </b>
25 fevral 2019 13:20 (UTC +04:00)

“Barselona”nın sabiq prezidentinə qarşı 20 milyonluq İTTİHAM

Braziliya Futbol Konfederasiyasına məxsus 20 milyon avro məbləğində “çirkli pulların yuyulması”nda təqsirləndirilən “Barselona” futbol klubunun sabiq prezidenti Sandro Rosell həyat yoldaşı və digər dörd müqəssirlə birgə bu gün Milli Məhkəmədə müttəhimlər skamyasında əyləşib.

Lent.az-ın xəbərinə görə, S.Rosell Braziliya yığmasının imic hüquqlarının, həmçinin braziliyalıların yoldaşlıq oyunlarının nümayiş etdirilməsi hüquqlarının satışından qazanılmış pulları mənimsəyib.

Prokurorluq 2017-ci ilin may ayından həbsxanaya yerləşdirilən Sandro Rosell üçün 11 il azadlıqdan məhrumetmə cəzası və 59 milyon avro cərimənin ödənilməsi barədə qərar çıxarılmasını tələb edir.

 

# 447
avatar

Oxşar yazılar