<b>Xəstəxanaya yerləşdirilən xalq artisti <span style="color:red;">YARDIM İSTƏDİ : “Ölü kimiyəm” - <span style="color:red;">VİDEO</b>
25 fevral 2019 13:18 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən xalq artisti YARDIM İSTƏDİ: “Ölü kimiyəm” - VİDEO

Yataq xəstəsi olan xalq artisti Naibə Allahverdiyevadan xəbər var. Lent.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, müalicəsi üçün yardım istəyir: “Qan təzyiqim yüksək olurdu. Sistem qoşdular, arasından 5 dəqiqə keçdi, birdə gördüm ki, bədənim sancdı. Qışqırığıma bütün bina yığışdı. Hələ də o stressi yaşayıram. indi elə bil ölü kimiyəm. Mən kimə şikayət edim? Həkimlər bir-birinin üstünə atır. İndi dərman içən kimi qorxuram ki, yenə eyni hala qalacam. Mənə kömək etsinlər. Belə vəziyyətdə yaşaya bilmərəm. Yenə də Allaha şükürlər olsun...”

 

# 648
avatar

Yalçın UĞUR

Oxşar yazılar