“Oskar” sahiblərinə qovuşdu
25 fevral 2019 11:29 (UTC +04:00)

“Oskar” sahiblərinə qovuşdu

Fevralın 24-də Los-Ancelesdəki dünyaca məşhur “Dolby” teatrında 2018-ci ildə kinematoqrafiya sahəsində xidmətlərə görə 91-ci “Oskar” mükafatının təqdimatı mərasimi keçirilib.

Lent.azın xəbərinə görə, mükafatlar “ən yaxşı film” nominasiyasında “Yaşıl kitab” filminə, “ən yaxşı rejissor” kateqoriyasında isə “Roma” filminin yaradıcısı Alfonso Kuarona təqdim edilib. “Ən yaxşı aktyor” mükafatına “Bohemiya rapsodiyası” filmində baş rola görə Rami Malek layiq görülüb, “ən yaxşı ikinci plan aktyoru” isə “Yaşıl kitab” filmində ifa etdiyi rola görə Maherşal Əli elan edilib. “Ən yaxşı aktrisa” kateqoriyasında “Favorit qadın” filmində yaratdığı obraza görə Oliviya Kolman qalib gəlib, “Ən yaxşı ikinci plan aktrisa” titulunu isə “Əgər Bill-Srtit danışa bilsəydi” ekran əsərində oynadığı rola görə Recina Kinq qazanıb.

Xarici dildə ən yaxşı film Alfonso Kuaronun “Roma” ekran əsəri olub. Ən yaxşı adaptasiya olunmuş ssenari mükafatına isə “Qara klan üzvü” filminə görə Oskar Spayk Li, Çarli Vatçel, Devid Rabinovits, Kevin Uilmott layiq görülüblər. “Ən yaxşı orijinal ssenari” mükafatı “Yaşıl kitab” filminə görə Piter Farelli, Nik Vallelonqi, Brayan Heyes Karriyə, “ən yaxşı animasiya filmi” mükafatı isə “”Hörümçək adam – kainatlardan keçərək” ekran əsərlərinə təqdim olunub. Həmçinin Alfonso Kuaronun “Roma” filmi “ən yaxşı operator”, Con Ottmanın “Bohemiya rapsodiyası” “ən yaxşı montaj”, “Dəri” filmi (rejissor Qay Nattiv) “ən yaxşı qısametrajlı bədii film”, “Təkbaşına sərbəst yüksəliş” filmi (rejissorlar Cimmi Çina və Elizabet Çey) ən yaxşı sənədli film hesab olunublar. “Ən yaxşı qısametrajlı sənədli film üçün “Oskar” isə Rayx Zehtabçinin “Nöqtə. Cümlənin davamı” filminə təqdim edilib. Rejissor Domi Şinin “Bao” ekran əsəri isə “ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasının qalibi olub.

# 684
avatar

Oxşar yazılar