“Lester Siti”nin baş məşqçisi istefaya getdi
25 fevral 2019 11:21 (UTC +04:00)

“Lester Siti”nin baş məşqçisi istefaya getdi

İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib.
 
Lent.az klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 57 yaşlı fransalı mütəxəssis İngiltərə Premyer Liqasının 27-ci turunda “Kristan Pelas” klubu ilə 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
 
K.Püel 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı. Fransalı məşqçi bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.
 
“Lester Siti” hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.
# 437
avatar

Oxşar yazılar