Avtomobil istehsalı 2,9 dəfə artıb
25 fevral 2019 11:13 (UTC +04:00)

Avtomobil istehsalı 2,9 dəfə artıb

Yanvarda 89 minik avtomobili istehsal olunub.
 
Dövlət Statistika Komitəsindən Lent.az-a bildirilib ki, ötən ay maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,9 milyon manatlıq məhsul istehsal edilib.
 
Əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomobil istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 11,9 faiz artıb. Ay ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 188 ədəd traktor, 89 ədəd minik avtomobili istehsal edilib, mancanaq dəzgahlarının istehsalı 8,5 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 64,9 faiz artıb.
# 844
avatar

Oxşar yazılar