Vaxtı keçmiş xarici valyutada olan kreditlərin həcmi azalıb
25 fevral 2019 11:02 (UTC +04:00)

Vaxtı keçmiş xarici valyutada olan kreditlərin həcmi azalıb

 
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi azalır.
 
ONA-nın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi 2017-ci illə müqayisədə 2018-ci ildə 2,6 faiz azalıb. Başqa sözlə, 2018-ci il yanvarın 1-ə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 626,7 milyon manat olubsa, 2019-cu il yanvarın 1-nə bu, 1 milyard 585 milyon manata düşüb.
 
2018-ci ilin yekunlarına görə, vaxtı keçmiş kreditlərin 51,16 faizi, yəni 810,9 milyard manatı, 2017-ci ildə isə 51,48 faizi, yəni 837,5 faizi xarici valyutada olub.  Ümumilikdə, 2017-ci illə müqayisədə xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmi 3,2 faiz azalıb.
# 729
avatar

Oxşar yazılar