2019-cu il üçün “Ginnes”in ən maraqlı anları – <span style="color:red;">FOTOLAR
25 fevral 2019 10:33 (UTC +04:00)

2019-cu il üçün “Ginnes”in ən maraqlı anları – FOTOLAR

 

Ələ keçirilən roliklərlə bə qədər hərəkət edə bilərsiniz? Yəqin çoxunuz “heç ayağa keçirilən roliklə hərəkət edə bilmirik, o da qala ələ keçirilən rolik ola” cavabını verəcəksiniz. Amma almaniyalı Mirko Hansen əllərinə rolik keçirərək, 50 metri 8.55 saniyəyə keçə bilib. Elə buna görə də Ginnesin rekordlar kitabına düşüb. Ginnesin rekordları 2019-cu il üçün nəşrini buraxıb. Lent.az həmin siyahını təqdim edir:

 

 

Rolf Buxolts – dünyanın ən çox tatusu olan insan

 

“Hərəkət edən maşının üstündə ayaqqabının altı ilə ən çox topu fırlatmaq”. ABŞ-dan olan A.Rendal bu hərəkəti düz 93 saniyə edib.

 

“Gitaranın alında ən çox saxlamaq”. Coş Norton bu hərəkəti 7 dəqiqə 3 saniyə edə bilib.

“Pişiyin pəncəsində ən çox zər”. Malayziyadna olan Bibi pəncəsində 9 zər saxlaya bilib.

“1 dəqiqə ərzində ən çox yeyilən ponçik”. Kevin Streyl 60 saniyə ərzində 9 ponçik yeyib.

“Ən yaşlı akrobat”. Bu nominasiyada Betti Qoudhard qalib gəlib, onun 85 yaşı var.

“1 dəqiqə ərzində ən çox hazırlanan sosiska”. Barri Krouv 60 saniyə ərzində 78 sosiska hazırlayıb.

“Dünyada toxumaq üçün ən böyük mil”. Britaniyalı Betsi Bond 4 metr uzunluğunda mil hazırlayıb.

“Ən yüksək it tullanması”. ABŞ-da it 1.9 metr hündürlüyə tullana bilib.

“Ələ keçirilən roliklərlə ən sürətli 50 metr”. Almaniyalı Mirko Hansen 50 metri 8.55 saniyə keçə bilib.

 

 

# 596
avatar

Oxşar yazılar