Röya Ayxan onlardan bezdi: “Aygün, Brilliant, Zülfiyyə...”
25 fevral 2019 09:40 (UTC +04:00)

Röya Ayxan onlardan bezdi: “Aygün, Brilliant, Zülfiyyə...”

Əməkdar artist Röya Ayxan geyimlərini tənqid edənlərə cavab verib.

 

Lent.az-ın məlumatına görə, açıq-saçıq geyimlərdən istifadə edən müğənni onu qınayanlara video vasitəsi ilə cavab vermiş olub: “Müasir qız deyiləm, qarabağlıyam, bir də “çuşka”yam. Şou-biznesdə üzərində çalışan iki nəfər var, biri oğlandır. Digəri isə mən. Kiminsə qızının açıq-saçıq geyinməsinə pis baxıram. Bunun əleyhinəyəm, geyinə bilməz. Kimsə geyinə bilmədiyini eyib bilirsə, xəbəri olsun: Dəfilələrdə nümayiş edilən açıq geyimlər biz ulduzlar üçündür. Dizaynerlər bunu podiumda, biz səhnədə nümayiş etdiririk. 40 yaşım var, yıxılıb qalxa-qalxa öyrənmişəm. İş verə-verə yox, yaxşı qız olaraq böyümüşəm. Ona görə də, sizin üçün fikir bildirmək erkəndir. Modanı izləyək, heç kim anasının qarnında öyrənmir. Mən öyrətmirəm, göstərirəm. Belə libasları mən, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli, kraliçamız Brilliant Dadaşova geyinməlidir”.

 

# 619
avatar

Yalçın UĞUR

Oxşar yazılar