Türkiyədə 20 maşın toqquşdu: 17 yaralı
01 avqust 2018 03:46 (UTC +04:00)

Türkiyədə 20 maşın toqquşdu: 17 yaralı

Türkiyənin Konya şəhərində qum fırtınası zəncirvari qəzaya səbəb olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 20 avtomobilin toqquşduğu qəzada 2-si ağır olmaqla, 17 nəfər yaralanıb. Konya-Ankara yolunun 70-ci kilometrliyində baş vermiş hadisə qum sürücülərin yolu görməsinə mane olması səbəbindən yaşanıb.

 

Qəza yerinə çoxsaylı təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Qəza səbəbindən yol 1 saatlıq bağlanıb.

# 364
avatar

Oxşar yazılar