[b]İranda qəzada 3 azərbaycanlı öldü [/b]
01 avqust 2018 01:53 (UTC +04:00)

[b]İranda qəzada 3 azərbaycanlı öldü [/b]

Ərdəbil əyalətinin şimalında Parsabad – Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, avqustun 31-də  günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi  açıqlamasında  bildirb ki, “Peugeot” markalı minik avtomobili ilə  Azərbaycan  vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub. “Hadisə nəticəsində ölənlərin hər 3-ü Azərbaycan Respublikası vətəndaşıdır.”

 

Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb.  Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir.

 

# 334
avatar

Oxşar yazılar