<b>Heydər Camalın oğlu Afrikada öldürülüb</b>  - YENİLƏNİB
01 avqust 2018 03:06 (UTC +04:00)

Heydər Camalın oğlu Afrikada öldürülüb - YENİLƏNİB

Mərkəzi Afrika Respublikasında mərhum teoloq və politoloq Heydər Camalın oğlu rusiyalı jurnalist Orxan Camal və iki həmkarının qətli ilə bağlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.  

 

APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, MAR-da qətlə yetirilən rusiyalı jurnalistlərin sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub. 

 

Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən saxlanılaraq gülləbaran edilib.

 

İnsidentin dəqiq səbəbi və təfərrüatları hələlik məlum deyil. Hücumun soyğunçuluq məqsədilə törədildiyi ehtimal olunur. 

 

RİA Novosti-nin xəbərinə görə, jurnalistlər MAR-da özəl hərbi kampaniyalara, xüsusən, rusiyalı muzdlulara həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olublar. 

 

Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlarına məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb.   

 

**** 21.30

 

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən öldürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üzərində güllə yaraları olan üç meyit Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.

 

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub.

 

Onların MAR-da özəl hərbi kampaniyalara həsr olunmuş filmin çəkilişində olduğu bildirilir.

 

Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.

 

Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.

# 433
avatar

Oxşar yazılar