Azərbaycanlılar Rusiyada “Qarabağ” futbol klubu yaratdılar
31 iyul 2018 19:27 (UTC +04:00)

Azərbaycanlılar Rusiyada “Qarabağ” futbol klubu yaratdılar

Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.

 

“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir.

 

Üçüncü tur sentyabr ayında keçiriləcək.

 

# 462
avatar

Oxşar yazılar