[b]Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb[/b]
30 iyul 2018 15:22 (UTC +04:00)

[b]Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb[/b]

Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı arvadını öldürüb.

 

APA-nın “Tolo News” agentliyinə istinadən verdiyi xəbərə görə, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb, daha sonra boğub.

 

Kişi hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir.

 

 

Cinayətlə bağlı 9 yaşlı Samianın atası həbs edilib. O, qızını erkən nikaha məcbur etməkdə günahlandırılır.

 

Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib.

# 429
avatar

APA Baycan

Oxşar yazılar