Ukraynada qatar maşını vurdu
30 iyul 2018 07:02 (UTC +04:00)

Ukraynada qatar maşını vurdu

Ukraynada sərnişin qatarı minik avtomobili ilə toqquşub.

 

APA-nın “Qromadske” saytına istinadən verdiyi xəbərə görə, hadisə Kiyev vilayətində qeydə alınıb.

 

Sərnişin qatarının “Reno” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan iki nəfər ölüb. İlkin məlumata əsasən, sürücü bağlı olan keçiddən keçmək istəyərkən qatar maşını vurub.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 438
avatar

Oxşar yazılar