<b>Zara: “Bakı möhtəşəmdir”</b>
29 iyul 2018 21:50 (UTC +04:00)

Zara: “Bakı möhtəşəmdir”

“Jara” Beynəlxalq Musiqi Festivalının sonuncu gününün qonaqlarından biri də Rusiyanın əməkdar artisti Zara Mqoyan olub.

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, Zara açıqlamasında ilk dəfə olduğu Bakının gözəlliyinə heyran qaldığını bildirib:

 

“İlk dəfədir ki, Bakıda oluram. Bakı çox gözəldir və möhtəşəm şəhərdir. Bu festival dinindən, irqindən, millətindən asılı olmadan bütün insanları birləşdirir. Hər birinizə təşəkkür edirəm. Bakı çox qonaqpərvərdir. Bu festivalda insanlar hər şeyi unudur və xoşbəxt anlar yaşayır”.

 

# 607
avatar

Oxşar yazılar