“Ramos zalım və qəddardı” – Yurgen Klopp
29 iyul 2018 11:45 (UTC +04:00)

“Ramos zalım və qəddardı” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında “Real”a məğlubiyyəti hələ də unuda bilmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis, xüsusən də, rəqibin kapitanı Serxio Ramosun hərəkətlərini bir daha yada salıb.

 

Kloppun fikrincə, Ramos həlledici görüşdə həm qapıçı Loris Kariusu, həm də hücumçu Məhəmməd Salahı qəsdən zədələdi: “Əgər “Real”ın azarkeşi deyilsinizsə, o zaman Ramosun zalım və qəddar olduğunu görəcəksiniz. Onun Salaha qarşı hərəkətinə görə sərt cəza vermək lazım idi. Əgər VAR sistemindən istifadə olunsaydı, həmin epizoda mütləq baxılacaqdı. Əvvəlcə qapıçının sifətinə dirsəklə vurdu, daha sonra isə hücumçuya qarşı güləş fəndi işlətdi. Məhz bu hərəkətlər onlara qələbə qazandırdı. Ramos daha sonra bu zədələrə görə sevinmədiyini bildirdi. Ancaq onun bu sözləri mənə səmimi gəlmədi. Bunu normal saymıram”.

 

Qeyd edək ki, Məhəmməd Salah məhz həmin görüşdəki zədədən sonra uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı.

# 444
avatar

ApaSport TV

Oxşar yazılar