Növbəti dəfə eyni əmələ görə həbs edildi - ÖLƏN VAR
29 iyul 2018 10:08 (UTC +04:00)

Növbəti dəfə eyni əmələ görə həbs edildi - ÖLƏN VAR

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, 6-cı mikrorayon ərazisində “Mercedes” markalı, 50 DH 831 dövlət qeydiyyat nişanlı minik avtomobili Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Orucova Möminə Ağacan qızını vurub öldürüb.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü saxlanılıb. Məlum olub ki, həmin şəxs daha əvvəl də avtomobillə piyadanı vurub və buna görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

# 471
avatar

Nizam Rza

Oxşar yazılar