10 nəfər zəlzələnin qurbanı oldu - İndoneziyada
29 iyul 2018 07:55 (UTC +04:00)

10 nəfər zəlzələnin qurbanı oldu - İndoneziyada

İndoneziyanın Lombok adasında 6,4 bal gücündə baş vermiş zəlzələ nəticəsində 10 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Channel NewsAsia” telekanalı yerli FHN-ə istinadən məlumat yayıb.

 

İnsanların ölümünün səbəbi və təbii fəlakətlə əlaqədar digər təfərrüatlar hələlik açıqlanmır. Zəlzələ nəticəsində 40-dan çox insanın xəsarət aldığı bildirilir.

 

 

# 298
avatar

Oxşar yazılar