<b>Artistləri daşıyan avtobus aşdı: </b><span style="color:red;">16 yaralı
29 iyul 2018 03:27 (UTC +04:00)

Artistləri daşıyan avtobus aşdı: 16 yaralı

Moskva vilayətinin Domodedov rayonunda “A 107” magistral yolla hərəkət edən avtobus aşıb.

 

APA-nın Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam "Belıye Stolbı" yaşayış məntəqəsinin yaxınlığında baş verib.   

 

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb.  

 

“Moskva-İjevsk” marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

 

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.  

 

​Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini aparırmış.   

# 498
avatar

Oxşar yazılar