Hindistanda avtobus uçuruma yuvarlandı: <span style="color:red;">33 ölü
28 iyul 2018 16:05 (UTC +04:00)

Hindistanda avtobus uçuruma yuvarlandı: 33 ölü

Hindistanın qərbindəki Maharaştra əyalətində sərnişin avtobusunun uçuruma yuvarlanması 33 nəfərin ölümünə səbəb olub.

 

Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, sərnişin avtobusunda olan 34 nəfərdən cəmi 1-i sağ qalıb. Sağ qalan sərnişinin avtobus uçuruma yuvarlanmadan 3-4 saniyə əvvəl özünü pəncərədən atdığı və bunun nəticəsində qəzadan salamat çıxdığı bildirilir.

 

Avtobusdakı sərnişinlərin hamısının universitet tələbələri və müəllimlər olduğu vurğulanır.

 

Qeyd edək ki, hər il Hindistanda 110 min insan avtomobil qəzaları nəticəsində dünyasını dəyişir.

 

# 552
avatar

Tural TURAN

Oxşar yazılar