“Atletiko”dan FİFA-ya şikayət: 100 milyon avroluq tələb
28 iyul 2018 15:30 (UTC +04:00)

“Atletiko”dan FİFA-ya şikayət: 100 milyon avroluq tələb

“Sportinq” klubu Madrid “Atletiko”sundan FİFA-ya şikayət edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, səbəb ispanların yarımmüdafiəçi Jelson Martinşi heyətinə qatmasıdı.

 

Məsələ burasındadı ki, 23 yaşlı futbolçu La Liqa təmsilçisinə azad agent kimi keçib və 6 illik müqavilə bağlayıb. Lakin “Sportinq” rəhbərliyi Martinşin onlarla müqaviləni birtərəfli pozduğunu iddia edib. Bu üzdən FİFA-ya şikayət edən portuqaliyalılar transfer müqabilində qarşı tərəfdən 100 milyon avro təzminat tələb edib.

 

Qeyd edək ki, Jelson Martinş ötən mövsüm “Sportinq”in heyətində keçirdiyi 49 oyunda 12 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

# 426
avatar

ApaSport TV

Oxşar yazılar