Prezident futbolçuları tənqid etdi:<span style="color:red;"> “Qarabağ”ı keç, mükafatı al
28 iyul 2018 11:16 (UTC +04:00)

Prezident futbolçuları tənqid etdi: “Qarabağ”ı keç, mükafatı al

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kukesi” Bakı səfəri öncəsi ciddi problemlə üzləşib.

 

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbolçularla rəhbərlik arasında narazılıq yaranıb.

 

Məsələ burasındadı ki, klub prezidenti Safet Qyiçi I təsnifat mərhələsində “Valletta” səddinin keçilməsi təqdirində 100 min avro mükafat vəd etsə də, sözünün üstündə durmayıb. Bu səbəbdən komandanın liderləri prezidentlə görüşüblər. Görüş zamanı oyunçular narazılıqlarını dilə gətirib, pulu tələb ediblər.

 

Qyiçi isə “Valletta” ilə hər iki oyun və “Qarabağ”la ilk matçdakı çıxışa görə, onları tənqid edib. Oyunlarından razı qalmadığını bildirən 46 yaşlı biznesmen mükafat pulunu bir şərtlə verəcəyini söyləyib. Bunun üçün Albaniya təmsilçisi “Qarabağ”ı da mübarizədən kənarlaşdırmalıdı.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasındakı cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Albaniyadakı ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

 

# 416
avatar

Oxşar yazılar