Maradona futbolçu ilə evlənir
28 iyul 2018 01:31 (UTC +04:00)

Maradona futbolçu ilə evlənir

Dieqo Maradona ikinci dəfə evlənməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu sevgilisi Rosio Oliveyə nikah təklif edib.

 

Bu hadisə Olivenin 28-ci doğum günündə baş verib. Daha əvvəl, 2014-cü ildə də cütlük evlənmə ərəfəsinə gəlsə də, sonradan münasibətlərində soyuqluq yaranmışdı.

 

Rosio Olive də Maradona kimi keçmiş peşəkar futbolçudur.

 

Qeyd edək ki, əfsanəvi futbolçunun ilk nikahı 1984-2003-cü illər aralığında Klaudia Vilyafanla olub.

 

# 530
avatar

Oxşar yazılar