İranlı komandan: “Bizə əsas təhlükə daxildən gəlir”
27 iyul 2018 19:07 (UTC +04:00)

İranlı komandan: “Bizə əsas təhlükə daxildən gəlir”

“İrana təcavüz etmək düşmənlər üçün ağır nəticələnəcək”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri deyib.  


M. Ə. Cəfəri bildirib ki, İran əcnəbilərin hər növ hədəsinə cavab vermək üçün tam hazırdır: “Düşmənlər tərəfindən edilən hədələr o qədər də ciddi deyil. Biz bu hədələrə cavab vermək iqtidarındayıq. Ölkə daxilində olan təhlükələr daha ciddidir”.


General qeyd edib ki, 40 ildir islam inqilabı müxtəlif sanksiya və hədələrlə üzləşir: “Hazırda bu hədələrin və sanksiyaların ən zirvə nöqtəsinə çatmışıq. Onların icra edə bilmədikləri yeganə hədələri hərbi müdaxilədir. Bilirlər ki, hərbi təcavüz edərlərsə, bu, onlar üçün çox baha başa gələcək”.

 

 

M. Ə. Cəfəri ölkə daxilindəki problemlərdən danışaraq bildirib ki, bu problemlərin kökü liberal düşüncədədir: “Təəssüflər olsun ki, Qərb və liberal düşüncə bir xora kimi ölkənin canına düşüb. Ali liderin humanitar fənnlərdə dəyişiklik edilməsinin zəruriliyini vurğulaması qeyri-islami və Qərb düşüncələrini məhv etmək üçündür”.  

 

Ötən 40 ildə Qərb baxışı və liberal düşüncənin ölkənin icra orqanlarında bir növ, iştirakı olduğunu deyən M. Ə. Cəfərinin sözlərinə görə, icra orqanlarında bəzi düşüncələr xalqın iradəsi ilə dəyişməsə, belə də davam edəcək. 

# 482
avatar

APA Baycan

Oxşar yazılar