“Milan”ın hücumçusu “Qalatasaray” yolunda
27 iyul 2018 19:21 (UTC +04:00)

“Milan”ın hücumçusu “Qalatasaray” yolunda

 

“Milan”ın hücumçusu Andre Silva karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Qalatasaray” 23 yaşlı forvardın xidmətində maraqlıdı.

 

Superliqa çempionu Portuqaliya millisinin üzvünü ilk olaraq icarəyə götürmək barədə düşünür. Bununla bağlı klublar arasında danışıqlara artıq start verilib. “Milan”ın baş meneceri Leonardo da hücumçunun komandadan ayrılmaq ehtimalını istisna etməyib: “Silva gənc futbolçudu. Onun durumu digərlərindən fərqlidi. Hər iki tərəf üçün ən yaxşı yolu tapacağıq”.

 

Qeyd edək ki, Andre Silva “Milan”a ötən il “Porto”dan keçib.

# 387
avatar

Oxşar yazılar