[b]Türkiyəli diplomat Meksikada itkin düşdü[/b]
27 iyul 2018 07:23 (UTC +04:00)

[b]Türkiyəli diplomat Meksikada itkin düşdü[/b]

Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb. Diplomatın itkin düşməsi ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.  

 

Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.

 

İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.  

 

# 311
avatar

Oxşar yazılar