ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirəcək
26 iyul 2018 23:32 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

ABŞ Konqresi 2018-ci ilin sonunadək Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edə bilər. APA-nın “Blumberq”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatının beynəlxalq işlər komitəsinin sədri Bob Korker deyib.

 

“Konqres, böyük ehtimalla, Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini bu il qəbul edəcək”, - deyə B.Korker bildirib.    

 

O qanun layihəsinin tezliklə qəbul edilməsini arzuladığını bildirib.  

 

# 270
avatar

Oxşar yazılar