Nabranda 4 nəfərin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR
26 iyul 2018 17:09 (UTC +04:00)

Nabranda 4 nəfərin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Dünən Xaçmaz rayonunun Nabran qəsəbəsində 4 nəfərin dənizdə boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, baş vermiş dəhşətli hadisə zamanı ölənlərin sayı 6 ola bilərmiş. Belə ki, boğulmaqda olan 2 qız son anda xilas edilib.

 

Bildirilir ki, dünən Palçıqoba kənd sakini, 1972-ci il təvəllüdlü Kəmalə Qocayeva, onun qızı, Aysel Qocayeva, K.Qocayevanın qardaşının həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ruhiyyə Dadaşova, onun 16 yaşlı oğlu İkram, eləcə də İkramın 2 əmisi qızı yaxın qohumları olan taksi sürücülərinin maşını ilə Nabrana gəliblər. Qadınlar utandıqları üçün digər şəxslərdən, eləcə də onları gətirən yaxın qohumlarından bir qədər aralıda dənizə giriblər. Bu zaman daha irəli gedən İkram Dadaşov boğulmağa başlayıb. Əvvəlcə anası, daha sonra dayısının həyat yoldaşı və dayısı qızı İkrama kömək etmək istəyərkən boğularaq ölüb. Hadisə yerinə çatan xilasetmə qayığı İkram Dadaşovun əmisi qızlarını son anda ölümdən qurtarıb.

 

Vəfat edən qadınların həyat yoldaşları işdə olduqları üçün dünən onların yanında olmayıb.

 

Bildirilir ki, hadisəyə dənizin nisbətən dalğalı olması və həmin şəxslərin üzə bilməməsi səbəb olub.

 

Qeyd edək ki, vəfat edən şəxslər bu gün kənd qəbiristanlığında dəfn edilib.

# 541
avatar

Nizam Rza

Oxşar yazılar